bg-image

HAQQIMIZDA

HAQQIMIZDA

KTB şirkəti 2007-ci ildə Azərbaycanın paytaxtı Bakıda təsis edilmişdir. Şirkət aşağıda sadalanan müxtəlif mühəndis sistemlərinin layihələndiriliməsi və tətbiq olunması üzrə ixtisaslaşır:

  • Mühafizə və yanğın siqnalizasiya sistemləri;

    Mühafizə-xəbərdarlıq siqnalizasiya sistemi (MXSS) mühafizə altında olan məkanlara/otaqlara soxulma cəhdlərinə və faktlarına nəzarət etmək...

  • Giriş-çıxışa nəzarət/idarəetmə sistemləri;

    İşçilərin və ziyarətçilərin axınına nəzarət etmək və onlara müəyyən istehsalat, ofis və ya yardımçı məkanlara giriş-çıxış imkanı vermək məqsədilə müəssisələrdə...

  • Video müşahidə sistemləri;

    Video müşahidə işçilərin və ziyarətçilərin əsas axın yerlərindən uzaqda yerləşən zonalar belə daxil olmaqla bu və ya təşkilatın və ya şirkətin bütün ərazisində daimi nəzarətin...

  • Elektrik təchizatı sistemləri;

    Fəaliyyətinin xüsusiyyətlərindən asılı olaraq, bu və ya digər şirkətin/təşkilatın istehsalat avadanlığının, ofis və məişət texnikasının istismarı, kommunikasiyaların fasiləsiz...

  • Kabel sistemləri və İT infrastrukturu.

    Müasir şirkətləri şərti olaraq iki kateqoriyaya ayırmaq olar. Birinci kateqoriyaya İT məhsullarının (kompüterlər üçün proqram təminatı, mobil cihazlar üçün əlavə applikasiyalar və s...

KTB şirkəti mühəndis sisteminin qurulması üçün həyata keçirilən bütün layihəni layihələndirmə və razılaşdırma mərhələsindən başlayaraq, qurulma və sınaqdan keçirməyə qədər müşayiət edir.

Yeddi il ərzində KTB şirkəti istər özəl müəssisələr, istərsə də dövlət təşkilatları üçün müxtəlif mürəkkəblik dərəcəsi olan 500-dən artıq layihə həyata keçirmişdir.

bg-image

XİDMƏTLƏR

BİZ TƏKLİF EDİRİK:

  • Video müşahidə sistemi (VMS)

    Müşahidə kameralarından daxil olan video kadrlar həm ard-arda (yəni, müxtəlif video kameralardan daxil olan kadrlar ekranda biri birini əvəz edir), həm də multi-ekran rejimində...

  • Strukturlaşdırılmış kabel sistemi (SKS)

    SKS sistemlərinin telekommunikasiya avadanlığı yerləşən texnoloji otaqların xüsusiyyətlərini ayrıca qeyd etmək lazımdır...

  • Mühafizə-xəbərdarlıq siqnalizasiyası sistemi (MXSS)

    Sistemin təhlükəsizliyinin təmin olunması məqsədilə mühafizə pultundakı operatorun bütün hərəkətləri Proqram Təminatının xüsusi elektron jurnalına...

  • Korporativ İT infrastrukturu

    Həm birinci, həm də ikinci kateqoriyaya aid olan şirkətlər İT infrastrukturunun layihələndirilməsinə, tətbiqinə və idarə olunmasına...

  • Konfrans keçirmə sistemi (KKS)

    KKS sistemini idarə edən operatora iş prosesinin əlaqələndirilməsi üçün müxtəlif imkanlar verilir. Tədbir iştirakçılarının mikrofonlarının...

  • Giriş-çıxışa nəzarət idarəetmə sistemi (GNİS)

    Nəzarət sistemində buraxılış-nəzarət məntəqəsindəki avadanlığın (məs., turniketlərin) əl ilə idarə olunma imkanı da nəzərdə tutulur...

  • Elektrik təchizatı sistemləri (ETS)

    Elektrik təchizatı sistemi mühafizə və (və ya) yanğın siqnalizasiya sistemləri kimi digər mühəndis şəbəkləri ilə inteqrasiya edilə bilər. Məsələn, otaqların təxliyə və növbətçi işıqlandırması...

  • Daxili kabel televiziyası sistemi (DKTS)

    Texniki baxımdan daxili kabel televiziyasının qoşulması antenna konvertorunun çoxgirişli kommutatorlar (multi-açarlar) vasitəsilə tünerlərə...

  • Avtomatik yanğın siqnalizasiyası sistemi (AYSS)

    Düzgün fəaliyyəti təmin etmək məqsədilə AYSS sistemində qısa qapanmadan və elektrik kəsilmələrindən də müdafiə vasitələri nəzərdə tutulmuşdur...

  • Müşahidə kameralarından daxil olan video kadrlar həm ard-arda (yəni, müxtəlif video kameralardan daxil olan kadrlar ekranda biri birini əvəz edir), həm də multi-ekran rejimində (bir neçə video kameradan daxil olan kadrlar eyni anda ekranda göstərilir) nümayiş etdirilə bilər.

  • SKS sistemlərinin telekommunikasiya avadanlığı yerləşən texnoloji otaqların xüsusiyyətlərini ayrıca qeyd etmək lazımdır. Konkret olaraq, belə otaqların tamamlama işlərinin keyfiyyətinə, müəyyən temperatur və nəmlilik rejiminin qorunub-saxlanmasına, belə otaqlarda torpaqlamanın və fasiləsiz enerji təminatının olmasına dair xüsusi tələblər irəli sürülür.

  • Sistemin təhlükəsizliyinin təmin olunması məqsədilə mühafizə pultundakı operatorun bütün hərəkətləri Proqram Təminatının xüsusi elektron jurnalına daxil edilir (yazılır). Bununla yanaşı, Proqram Təminatında kənar şəxslərin kompüter sisteminə icazəsiz girişinin qarşısını alan mühafizə də nəzərdə tutulur.

    Müasir MXSS sistemləri ciddi sistem və ya proqram dəyişikliyi olmadan genişləndirilə bilər.

  • Həm birinci, həm də ikinci kateqoriyaya aid olan şirkətlər İT infrastrukturunun layihələndirilməsinə, tətbiqinə və idarə olunmasına qoyulan xərclərə son zamanlar əhəmiyyətli bir investisiya kimi baxır. Belə investisiyalar şirkətləri rəqabətə daha dözümlü edir və sifarişçilərin tələblərinə daha dolğun cavab verməyə imkan verir.

    Korporativ İT infrastrukturunun miqyası və xüsusiyyətləri bir çox baxımdan bu və ya digər şirkətin fəaliyyətinin özəllikləri, onun ehtiyacları və məqsədləri ilə müəyyən edilir.

  • KKS sistemini idarə edən operatora iş prosesinin əlaqələndirilməsi üçün müxtəlif imkanlar verilir. Tədbir iştirakçılarının mikrofonlarının və video avadanlığın idarə edilməsi, müxtəlif materialların (infoqrafika, təqdimatlar, çıxışların video yayımı və s.) konfrans salonundakı ümumi ekranlara və fərdi monitorlara çıxarılması, daxili  kommunikasiya sistemi vasitəsilə iştirakçılar və tərcüməçilərlə əlaqənin saxlanılması məsələləri operatorun sərəncamındadır.

    Artıq qurulmuş hissəsində ciddi dəyişikliklər etmədən belə KKS sisteminin imkanlarını genişləndirmək olar.

  • Nəzarət sistemində buraxılış-nəzarət məntəqəsindəki avadanlığın (məs., turniketlərin) əl ilə idarə olunma imkanı da nəzərdə tutulur.

    GNİS sisteminin proqram təminatı üçün ayrıca qorunma tədbirləri nəzərdə tutulmuşdur. Məsələn, məlumatların müəyyən növünü əldə etmək üçün sistemə iyerarxik (mərhələli) daxilolma proseduru tətbiq oluna bilər. Bu halda operatorun bu və ya digər məlumatın əldə edilməsi üçün göndərdiyi hər sorğu sistemdə qeyd edilə bilər.

    GNİS sistemi ərazisinin genişləndirilməsini  və ya işçi sayının artırılmasını planlaşdıran müəssisələrdə qurula bilər. Müasir GNİS sistemləri modul prinsipi əsasında yaradılır, bu isə konstruktiv və ya texniki dəyişikliklər etmədən sistemin mövcud hissəsinin genişləndirilməsinə imkan verir.

  • Elektrik təchizatı sistemi mühafizə və (və ya) yanğın siqnalizasiya sistemləri kimi digər mühəndis şəbəkləri ilə inteqrasiya edilə bilər. Məsələn, otaqların təxliyə və növbətçi işıqlandırması ya mühafizə və ya yanğın siqnalizasiyasından daxil olan müvafiq siqnallarla avtomatik olaraq yanıb/sönür, yaxud da ki, mühafizə xidmətinin postundakı pultdan əl ilə yandırılıb/söndürülə bilər. Fasadların işıqlandırılmasını da eyni qaydada idarə etmək olar – ya avtomatik olaraq taymer vasitəsi ilə, yaxud da ki,  mühafizə xidmətinin postundakı pultdan əl ilə yandırıb/söndürməklə.

    Elektrik enerjisindən qənaətlə istifadə etmək məqsədilə müəyyən zonalarda işıqlandırmanın avtomatik idarə olunması sistemi tətbiq edilə bilər.

  • Texniki baxımdan daxili kabel televiziyasının qoşulması antenna konvertorunun çoxgirişli kommutatorlar (multi-açarlar) vasitəsilə tünerlərə birləşdirməsi yolu ilə həyata keçirilir. Sistemin qoşulması üçün müxtəlif peyklərdən gələn siqnalların tezlikləri konvertasiyası edilərək baş stansiyadan vahid paket şəklində paylayıcı şəbəkələr (istər kollektiv, istərsə də abonent şəbəkələri) vasitə ilə yayımlana bilər.

    Siqnalın yüksək keyfiyyətlə paylanması və texniki xidmətlərə olan ehtiyacın minimuma endirilməsi üçün DKTS sistemlərinin quraşdırılması prosesində qəbuledici avadanlığın və kabel magistrallarının keyfiyyətinə xüsusi diqqət yetirilməlidir.

  • Düzgün fəaliyyəti təmin etmək məqsədilə AYSS sistemində qısa qapanmadan və elektrik kəsilmələrindən də müdafiə vasitələri nəzərdə tutulmuşdur.

bg-image

ƏLAQƏ

ƏLAQƏ

Ünvan:
S.Zeynalov küç. 4/14, Bakı, Azərbaycan 
Tel:
+99412 440 14 96
Mob:
+99477 277 37 77 
E-mail:
office@ktb.az